Məscidin tikintisinin yeni mərhələsinə START VERİLDİ – VORKUTA
“İNFONEWS” öz oxucu-izləyicilərinə Rusiyanın Komi Respublikasının Vorkuta vilayətində məscidin tikintisi ilə bağlı dəfələrlə məlumatlar verib. Eləcə də Vorkutada hava şəraitinin sərtliyi və infrastrukturun qeyri-sabit olması ilə əlaqədar məscidin tikilişi fasilələrlə həyata keçirilməsi xüsusilə qeyd edilib.
Vorkuta sakini soydaşımız fermer Cəlil Rəfiyevin söylədiklərinə əsasən, artıq məscidin tikintisinin yeni mərhələsinə başlanılıb. Tərkibi orada yaşayan bir çox millətlər, həmçinin azərbaycanlılardan ibarət olan müsəlman icmasının bütün üzvləri məscidin möhkəm, keyfiyyətli, hava şəraitinə dayanıqlı, ən əsası isə mükəmməl dizayn ilə tikintisində yaxından iştirak edirlər.
“İNFONEWS” komandası adından məscidin tikintisinə maddi, fiziki, mənəvi dəstək olan hər bir müsəlmana təşəkkür edirik.