Taleh Kazımov Mərkəzi Banka baş direktor təyin etdi

Taleh Kazımov Mərkəzi Banka baş direktor təyin etdi

Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilib.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov bununla bağlı əmr imzalayıb.

Bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir:

Mərkəzi Bankın sədri Taleh Kazımovun 208ş nömrəli, 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir.

G.Paşayeva 1 iyun 2022-ci il tarixindən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində çalışmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir