Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib. Hal-hazırda 1 410 nəfər aktiv xəstə sayının olduğu bildirilib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 484, bu günə qədər isə ümumilikdə 7 015 080 test icra olunub.
Nabat Suliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır