Lerikə başçı təyin edilən Əkbər Abbasov kimdir?

Lerikə başçı təyin edilən Əkbər Abbasov kimdir?

Xəbər verdiyimiz kimi Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“İNFONEWS” xəbər verir ki, bugün Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bildirək ki, Əkbər Abbasov 1988-ci ildə anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

O, bu vəzifəyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir