“İlin ən yaxşı universitet kitabxanası” media mükafatı üzrə səsvermənin nəticələri müəyyən oldu

“İNFONEWS İNFORMASİYA AGENTLİYİ” MMC-in təsis etdiyi “İlin ən yaxşı universitet kitabxanası” media mükafatı üzrə səsvermənin yekun nəticələri bu gün müəyyən olub.

“İNFONEWS” xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 24/7 kitabxanası 35,9 %(428 səs) səslə “İlin ən yaxşı universitet kitabxanası” media mükafatına, Gəncə Dövlət Universitetinin kitabxanası isə 28,8 %(343 səs) səslə “İlin ən yaxşı 2-ci universitet kitabxanası” media mükafatına layiq görülüb.

Məlumat üçün bildiririk ki, səsvermədə ümumilikdə 1343 səs toplanmışdır. Səslərin həqiqiliyi araşdırıldıqda 150 səs daha öncə müvafiq hesabdan səsvermədə iştirak edildiyi üçün ləğv edilmiş, 1193 səs isə həqiqi hesab edilmişdir.

Səsvermənin nəticələrinə əsasən:
Milli Aviasiya Akademiyasının kitabxanası 9,4 %(112 səs) səslə 4-cü yerdə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası 13,7 %(163 səs) səslə 3-cü yerdə, Gəncə Dövlət Universitetinin kitabxanası 28,8 %(343 səs) səslə 2-ci yerdə, Azərbaycan Dövlət İqtisad Universitetinin 24/7 kitabxanası 35,9 %(428 səs) səslə 1-ci yerdə qərar tutub.

Hər zaman oxucu-istifadəçilərinə keyfiyyətli xidmət göstərən universitet kitabxanalarının fəaliyyətlərini yüksək qiymətləndirir və uğurlar arzulayırıq!

Səslər barədə ətraflı hesabatı görmək üçün tıklayın

Qaliblər sertifikatları PDF formatda əldə etmək üçün +994702001884 əlaqə nömrəsinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir