Dilimizi yaşadaq, kimliyimizi, mədəniyyətimizi, tariximizi yaşadaq!

Dilimizi yaşadaq, kimliyimizi, mədəniyyətimizi, tariximizi yaşadaq!

Bir millətin dili yaşayırsa, onun mədəniyyəti, incəsənəti, tarixi yaşayır deməkdir. Dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar dilimizi yaşadaraq milliliyimizi yaşadırlar.

Bunu “İNFONEWS” – a Türkiyədə yaşayan Azərbaycan mədəniyyətini dünyada tanıdan, çoxsaylı əsərlərin, məqalələrin müəllifi, Milli Konservatoriyanın dosenti Arzu Quliyeva Karaman söyləyib.

“10 ildir Qardaş Türkiyədə yaşayıram. Ana dilimi – Azərbaycan dilimi dünyanın bütün dillərindən üstün tuturam. Türk dili ilə Azərbaycan dili arasında oxşarlıqlar çox olsa da, ailəmdə, Türk vətəndaşı olan həyat yoldaşımla və övladımla Azərbaycan dilində danışıram. Övladıma Azərbaycan dilində kitablar oxutdururam ki, Türk dili ilə yanaşı, Azərbaycan dilinin də zənginliklərinə yiyələnsin.

Xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dilini yaşatmalı, qorumalı və gələcək nəsillərə ötürməlidirlər. Dünya cografiyasında Azərbaycanımızın və dilimizin daha çox tanınması arzusu ilə, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günümüz münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm.

Dilimizi yaşadaq, kimliyimizi, mədəniyyətimizi, tariximizi yaşadaq!” – Arzu Quliyeva Karaman əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir