“GÜNƏBAXANLAR” təqdim edir: “Crab bucket Theory” nəzəriyyəsi

“GÜNƏBAXANLAR” təqdim edir: “Crab bucket Theory” nəzəriyyəsi

“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu davam edir. Bugünki mövzumuz “Crab bucket Theory”dir.

Olduqca maraqlı “Crab bucket Theory” adlı, yəni “Bir vedrə krab nəzəriyyəsi” var. Belə ki, krablar heç də ağıllı sayılmayan heyvanlardır. Məsələn, onları bir vedrəyə doldurub, kənara qoysan, bir-birlərinə yardım eləməklə rahatlıqla vedrəni təkr edə bilərlər. Lakin onların axmaqlığı sayəsində heç biri vedrədən çıxa bilmir. Qısası, biri vedrədən qalxıb çıxmaq istəyəndə, vedrədəki digər krablar ona yapışıb, qalxmağa imkan vermir, geri qaytarırlar.

“Crab bucket Theory” nəzəriyyəsini misallar çəkək:

Bir nəfər siqaret çəkməyin daşını atmaq istəyəndə, dostları “onsuz da alınmayacaqdır” deyib, ona siqaret uzadırlar – bu, “Crab bucket Theory”dir.

Ya da ki, birinin ikinci ali təhsil almasına, eləcə də davamlı təlimlərə qatılmasına həmkarları təəccüblənərək, “nəyinə lazımdır, nə ehtiyac var, onsuz da işdə yetərincə yorulursan” deməsi – “Crab bucket Theory”dir.

Bu misalların bəlkə də “ən qorxulusu”, doğmalar, hətta valideynlər tərəfindən “axmaq işlərlə məşğulsan, vaxtını nəyə xərcləyirsən…onsuz da heç nə əldə edə bilməyəcəksən, çünki gic-gic işlərə baş qoşursan” deməsi – “Crab bucket Theory”dir.

Bəli, təəssüf ki, insan təbiəti belədir və onunla mübarizənin ancaq biri yolu GÜCLÜ OLMAQ, İRƏLİYƏ BAXMAQ YUXARIYA QALXMAQDIR, hətta arxadan səni yüz adam geri dartsa belə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir