“GÜNƏBAXANLAR” təqdim edir: Mistik məkan “BERMUD ÜÇBUCAĞI”

“GÜNƏBAXANLAR” təqdim edir: Mistik məkan “BERMUD ÜÇBUCAĞI” 

Bu barədə eşitmək belə qanları dondurur, nəinki onu araşdırdıqca üzə çıxan məlumatlarla daha yaxından tanış olduqda… bir sözlə, “Ölüm üçbucağı”, “Şeytan üçbucağı” – yaxud “BERMUD ÜÇBUCAĞI”

“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu “BERMUD ÜÇBUCAĞI” haqqında mövzu ilə davam edir.

Bu məkan dünyanın ən müəmmalı, yetərincə qorxulu,  haqqındakı yaranan əfsanələrin çoxluğuna görə rekord qıran möcüzəli yerlərindəndir. Əslində, səbəbsiz də sayılmaz. Necə deyərlər, buradan “insan insanlığı ilə keçə bilmir, quş quşluğu ilə uça bilmir”, yaxınlaşanı hop edib udur…

Atlantik okeanın şimalında üçbucaq formasında olan bu sahənin qeyri-adiliyi barədə ilk məlumatı 1505-ci ildə ispan dənizçisi Xuan de Bermudes verib ki, günümüzədək ada onun adını daşıyır.

Son araşdırmalara görə isə alimlər “Bermud uçbucağı”nın heç də mistik bir yer olduğunu deyil, adi, normal, öz qasırğaları, gərilmələri-çəkilmələri, maqnit sahəsi və s. ilə bir qədər fərqli bir məkan olduğunu elmi əsaslandıra biliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir