Gözəlliyin, sağlamlığın ən asan üsulu – “ÖLÜ BÖCƏK”
Qaçmağa, tullanmağa, ağırlıq qaldırmağa ehtiyac olmayacaqdır, qısa zaman ərzində bu hərəkətləri yerinə yetirib, ideal çəkiyə, arzuladığınız bədən quruluşuna sahib olacaqsınız. Və bunun üçün Sizə heç bir texniki vasitələr lazım deyil, yetər ki, yerə balaca xalça sərəsimiz.
Beləliklə, “İNFONEWS” xəbər verir ki, rəngarəng qida dietalarına, idman üsullarına “Ölü böcək” hərəkətlərini də əlavə etsəniz, mövzu tamamlanacaqdır.
“ÖLÜ BÖCƏK” hərəkətlərinin düzgün yerinə yetirilmə qaydaları:
1-cisi, arxası üstə uzanmaq və əlləri-ayaqları yuxarıya doğru uzatmaq;
2-cisi, ayaqları döşəmədən qaldırıb, 90 dərəcə bucaq altında əyib saxlamaq;
3-cüsü, qolları da yuxarıya doğru uzatmaq lazımdır ki, məhz bu ölü böcəyi xatırladan vəziyyət adlanır;
4-cüsü, sağ ayağı daban yerə dəyənədək astaca aşağı salmaq, eyni zamanda sol qolu da aşağıya endirib, başın altına qoymaq;
5-cisi, ayaq və qolları ilkin pozisiya vəziyyətinə qaytarmaq;
6-cısı isə, daha sonra sol ayaq və sağ qolu eyni qayda ilə hərəkət edib, duruş vəziyyətə qaytarmaq.
DİQQƏT:
Bu hərəkətlər yavaş-yavaş yerinə yetirilməlidir. Qarın əzələlərinizin gərgin vəziyyət almasını hiss etməlisiniz. Eləcə də, “Ölü böcək” məşqlərinə başlamazdan əvvəl isitmə hərəkətləri etməyi unutmayın, çünki bu halda əzələlərlə işləmək daha asan olur.
Səhhətində sağlamlıq problemləri olan insanlar həkim və məşqçinin məsləhəti və nəzarəti altında bu hərəkətləri yerinə yetirməlidirlər.
Bir daha xatırladaq ki, maksimum nəticəni düzgün qida rasionlu dieta vasitəsi, həmçinin əlavə məşqlərə qatılmaqla əldə edə bilərsiniz.