“GÜNƏBAXANLAR” təqdim edir: “Bu fikir Azǝrbaycan üçün çox ǝskimiş bir fikirdir…”
Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan təşəkkülündə MÜSAVAT” kitabı siyasətə yeni başlayanlar üçün ən zəruri stolüstü kitabçadır. Hər bir gəncə bu kitabçanı tövsiyə edirəm.
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu bu dəfə “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhmədin kitab tövsiyəsini təqdim edir.
“İslam millǝtlǝrini bir camaat vǝ ümmǝt tǝsǝvvür edǝn vǝ milliyyǝti inkar edǝn ittihadi-islam cǝrǝyanı dǝxi burada tikiş tutdurammaz, çünki bu fikir Azǝrbaycan üçün çox ǝskimiş bir fikirdir…”
Bizdǝ sosializm cǝrǝyanları tǝbii olaraq irǝlilǝyǝmmǝz. Çünki Azǝrbaycanda böyük bir yekun tǝşkil edǝn xalis ǝmǝlǝ yoxdur. Bilǝks Azǝrbaycan ǝmǝlǝyǝ möhtac bir yerdir. Xaricdǝn buraya ǝmǝlǝ gǝlmǝzsǝ, yerlǝrimiz belǝ ǝkinsiz qalar. Azǝrbaycan xırda mülk [mülkiyyǝt] mǝmlǝkǝtidir. Binaileyh [ona görǝ] bura xalqı mülkiyyǝt ǝsasını inkar edǝn ictimai cǝrǝyanlar arxasından qoşammaz. İslam millǝtlǝrini bir camaat vǝ ümmǝt tǝsǝvvür edǝn vǝ milliyyǝti inkar edǝn ittihadi-islam cǝrǝyanı dǝxi burada tikiş tutdurammaz, çünki bu fikir Azǝrbaycan üçün çox ǝskimiş bir fikirdir. Burada nǝ cahangir [dünyanı tutmağı özünǝ mǝqsǝd seçǝn; imperialist] bir cǝrǝyan var ki, onu özünǝ pǝrdǝ eylǝsin, nǝ dǝ öylǝ bir din tǝǝssübü ki, ondan ruh alsın. Burada, bu iqtisadiyyatı yeni inkişaf edǝn xırda mülk mǝmlǝkǝtindǝ, feodalizm dövrünǝ ǝlvida deyǝrǝk vasi [geniş] bir sǝnaye vǝ ticarǝt dövrünǝ daha girmǝkdǝ olan bu yerlǝrdǝ ǝn qüvvǝtli firqǝ milli-demokrat mǝslǝkinǝ salik olan [yolunu tutan] firqǝdir. Bu firqǝnin adı “Müsavat” olmaya bilǝr, fǝqǝt müsavatçı olması zǝruridir.