“Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimi keçirilib
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Bu barədə “İNFONEWS”-a Müdafiə Nazirliyindən məlumat verilib.
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.
Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.