“GÜNƏBAXANLAR” təqdim edir: Effektiv, səmərəli 52/17 METODU
“İNFONEWS”– un “GÜNƏBAXANLAR” Yay Forumu vaxtın qaydalı idarə edilməsinin 52/17 METODU barədə söz açır.
Müasir dövrün ən aktual mövzularından biri peşəkar karyerada zamanın düzgün idarə edilməsi, iş saatının faydalı istifadəsi və ən əsası, yorulmamaq, enerjini tükətməmək və günün sonunadək nəzərdə tutulan işlərin öhdəsindən effektiv gəlməkdir.
Səmərəli metodlardan biri 52/17 metodudur. Bu, 90/30 metodunun özəl versiyasıdır. Əslində bu metodun digərlərindən elə də böyük fərqi yoxdur; Belə ki, 52 dəqiqə işləyirsən, sonra isə 17 dəqiqə istirahət edirsən. “The Muse” məşğulluq servisi tərəfindən “DeskTime” proqramı çərçivəsində aparılan təcrübəsinə görə, bu vaxt intervalları məhsuldar fəaliyyətə şərait yaradır və işdən bezməməyə, gümrah qalmağa imkan verir. Məhz bu səbəbdən, ardıcıl 90 dəqiqə işləmək üçün kifayət qədər gücünüzün olmadığını hiss edirsinizsə, 52/17 metodundan istifadə edin.
Qeyd edək ki, vaxtın düzgün idarə edilməsi, qarşıya qoyulan işlərin vaxtında yerinə yetirilməsi və bununla belə yorulmamaq üçün məşhur “90/30” metodu ilə yanaşı, Kris Beylinin “3 qayda”sı, “10 dəqiqə” metodu, “Pomodoro” metodu (italiyalı tələbə Françesko Çirillo tərəfindən hazırlanmış), Brayan Treysinin “Qurbağanı yemək”, Devid Allenin “İşi sona çatdırmaq” (Getting Things Done) metodu, “Zen to Done” metodu mövcuddur.