“Bir millət iki dövlət” – Dünyaya meydan oxuyan GÜNÜN FOTOSU
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.
“İNFONEWS” xəbər verir ki, şam yeməyi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə səmimi və qardaşcasına münasibəti, məclis boyu diqqəti, prezidentimizin əllərini buraxmaması diqqətlərdən yayınmayıb. Bu Azərbaycan və Türkiyənin düşmənlərinə açıq mesajdır ki, bu qardaşların, ümumilikdə bu qardaş xalqların birliyi əbədidir, düşmənləri eyni, dostları eynidir!