“#StudentFest” tələbə düşərgəsinə qeydiyyat bu gün başa çatır

“#StudentFest” tələbə düşərgəsinə qeydiyyat bu gün başa çatır

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi avqustun 25-28-də orta ixtisas və peşə təhsili alan tələbələr üçün “StudentFest” düşərgəsi təşkil edəcək.

“İNFONEWS” – un Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumatına görə, tələbə düşərgəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmələridir. Həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə onların gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasına dəstək olmaqdır. Festival çərçivəsində müxtəlif idman oyunları, ustad dərsləri, psixoloji testlər, yarışlar təşkil ediləcək.

Düşərgədə iştirak etmək üçün avqustun 10-u saat 23:59-dək müraciət etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir