“GÜNƏBAXANLAR” təqdim edir: PERİODİK ÖZÜNÜ QORXUT !
“İNFONEWS”– un “GÜNƏBAXANLAR” Yay Forumu davam edir. Mövzu qorxuların insan həyatında, eləcə də peşəkar karyerada, iş dünyasındakı yeri, rolu və … barədədir.
QURXU haqqında 1-ci hissə…
Verilən tapşırığı “Sizi QORXUDAN İŞİ GÖRÜN!” metodu ilə həll edin.
Qorxu – özüninkişafın ən güclü növü sayılır. Qorxunun aradan qaldırılması şəxsi inkişafı aktivləşdirir. İnsan həm zehni və həm də fiziki cəhətdən güclənir.
Məhz bu səbəbdən ilk növbədə “sizi qorxudan işlərlə” məşğul olun. Bunun üçün xüsusi gün təyin etməyə ehtiyac yoxdur, yetər ki, başlayın. Yeni bir hisslər yaşayacağınıza, özünüzlə qürur quyacağınıza əmin ola bilərsiniz. Ən əsası isə, yeni bir təcrübə qazanmış olacaqsınız və QORXU YOX OLACAQDIR.
QURXU haqqında 2-ci hissə…
Qorxu – qeyri-adi bir gücə malik motivatordur. Onu yüngülvari qıcıqlandırsan, o, Sizə işinizi sabaha saxlamağa imkan verməyəcəkdir.
Beləliklə, özünüzə sual verirsiniz ki… “Bir müddət işsiz qalsanız, nə baş verə bilər?” Hətta irəli gedib düşünün: “karyeranız yarımçıq qalır, pul yoxdur, adi istəklərimizi gerçəkləşdirə bilmirsiniz, maddi sıxıntı şəxsi həyatınızda da problem yaradır”…
Bax, bu zaman gerçək bir qorxu yaşayacaqsınız.
Əslində bu bir qədər radikal yanaşmadır. Amma neyləmək olar, bu cür psixoloji qorxu sizi məqsəd və hədəflərinizə çatmağa təkan verirsə, o zaman periodik özünü qorxutmağa davam!