“Gənclərimizi birləşdirən ən ali dəyər vətənimiz Azərbaycandır” – Aslan Əzimzadə

“Gənclərimizi birləşdirən ən ali dəyər vətənimiz Azərbaycandır” – Aslan Əzimzadə

Bu gün Azərbaycan gəncliyi əmin addımlarla böyük uğurlar qazanmaqdadır. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi, həqiqətən, tarix yazdı. Dünya gəncləri ilə müqayisədə Azərbaycan gəncliyinin necə yüksək səviyyədə rəqabətqabiliyyətli bir gənclik olduğunu görürük.

“İNFONEWS” xəbər verir ki, bunu iqtisadçı-ekspert, Çin İqtisadçılar Cəmiyyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə söyləyib.

“Bu potensialın inkişafını təmin edən başlıca amillərdən biri dövlətin gənclər üçün yaratdığı mükəmməl şəraitdir. Ölkəmizdə gənclərin inkişafı ilə bağlı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası və digər proqramlar qəbul edilmişdir. Sözügedən proqramlar gənclər üçün yaradılan yüksək şəraitin bariz nümunəsidir. Önəmli bir məsələ isə yaxın günlərdə ölkəmizdə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Sammitinin keçirilməsidir. Bu tarixi hadisə çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənclər Azərbaycanda keçirilən bu sammitdə iştirak etmişdir. Qeyd etmək lazımdır ki, bu gün gənclərimiz dünyanın müxtəlif ölkələrində böyük uğurlar əldə edirlər. Amma gənclərimiz üçün ilk öncə Vətəndir. Gənclərimizi birləşdirən ən ali dəyər vətənimiz Azərbaycandır.
Bu gün Beynəlxalq Gənclər Günüdür. Bu münasibətlə bütün dünya gənclərini təbrik edirəm!” – deyə, Aslan Əzimzadə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir