“Harada olmağımızdan asılı olmayaraq başı uca gəzirik” – Mirgünay Bayramova

“Harada olmağımızdan asılı olmayaraq başı uca gəzirik” – Mirgünay Bayramova

“Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyi adından, həm də xaricdə yaşayıb, təhsil alan gənc kimi deyə bilərəm ki, bu gün hər birimiz harada olmağımızdan asılı olmayaraq başı uca gəzirik. Çünki biz Qalib Azərbaycanın Qalib Gəncləriyik! Qalibiyyətimizi, müstəqilliyimizi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumaq ən əsas məqsədlərimizdəndir.

Bunu “İNFONEWS” – a Azərbaycanı 20-dən çox beynəlxalq layihələrdə təmsil edən, BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində mövcud problemlərin həlli yolları” istiqamətində bir sıra layihələrə qatılan, hazırda “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin sədri Mirgünay Bayramova söyləyib.

“Bu birlik həm Macarıstanda təhsil alan azərbaycanlı tələbələri, eləcə də təhsilini başa vurmuş məzunları bir araya gətirərək, onların şəbəkələşməsini təmin edən bir platformadır. Eyni zamanda Birlik olaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə aktiv fəaliyyət göstəririk. Diaspora Komitəsinin vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan gənc soydaşlarımızla əlaqələr qurur, qarşıya qoyduğumuz mühüm işlərlə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Mövzu və istiqamətindən asılı olmayaraq, hər bir beynəlxalq layihələrdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında aktiv iştirak edirik.

Canımız – Vətənimiz Azərbaycanımızın bayrağının yüksəklərdə dalğalanması üçün əlimizdən gələ edəcəyik. Bütün gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edirəm”,- deyə MirGünay Bayramova əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir