“GÜNƏBAXANLAR” təqdim edir: “Xoşbəxtlik hormonu”nun 10 AMİLİ

“GÜNƏBAXANLAR” təqdim edir: “Xoşbəxtlik hormonu”nun 10 AMİLİ

“İNFONEWS” –  un “GÜNƏBAXANLAR” Yay Forumunda XOŞBƏXTLİK

Dünya yaranandan ta müasir dövrədək insanların yeganə amalı XOŞBƏXTLİK olub. İnsanı xoşbəxt edən 3 klassik həzz hissi məlumdur: Birinci – QİDA; İkinci – MUSİQİ; Üçüncü – SEVGİ

Bir sözlə, ilk insanlar da əldə etdikləri qidanı bolluca yeyib, tonqal ətrafında rəqs edib, eyş-işrətlə məşğul olub, xoşbəxtlik həzzini yaşayıblar… Nə isə…

Elm sübut edib ki, “Xoşbəxtlik hormonu” insanlarda baş beyində istehsal olunur. Bu barədə yetərincə informasiyanı internetdən əldə edib, məlumatlana bilərsiniz… Bizim isə məqsədimiz xoşbəxtlik hormonlarının davamlı yaranmasına və bu həzz hissələrinin uzunmüddətli olmasına yardım göstərməkdir.

Xoşbəxtlik hormonlarının sintezinə yardım edən 10 əsas amil:

  1. Musiqi. Mədəni tədbirlər. Sərgilər
  2. Şəxsi yaradıcılıq (tikiş, toxuma, hər hansı bir əl işləri ilə məşğul olmaq)
  3. Təhsil (kulinariya kurslarından tutmuş mühasibatlığa qədər istənilən əlavə kurslar)
  4. Dadlı və faydalı yeməklər, xüsusilə də hazırlanması prosesi
  5. Doğmalarınla mehriban münasibətlərin saxlanması
  6. Təmiz havada gəzintilər (xüsusilə, günəşli gündə)
  7. İdman (ən sadə hərəkətlərdən tutmuş ciddi məşqlərə qədər istənilən fiziki yük)
  8. Gülüş
  9. Massaj, sauna, hamam və s.
  10. Qucaqlaşma və öpüş

Bəlkə də təqdim edilən məsləhətlər banal görsənə bilər. Amma əmin ola bilərsiniz, İŞLƏYİR!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir