Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İNFONEWS” “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.