“İNFONEWS” – un “GÜNƏBAXAN” Yay Forumu uğurla başa çatdı

“İNFONEWS” – un “GÜNƏBAXAN” Yay Forumu uğurla başa çatdı

“İNFONEWS” İnformasiya Agentliyinin növbəti layihəsi “GÜNƏBAXAN” Yay Forumu uğurla başa çatıb.

Yaşından, təhsilindən, fəaliyyət sferasından asılı olmayaraq hər kəsin qatıldığı bu Yay Forumunda təhsilə, özüninkişafa, əyləncəyə, sağlamlığa, şəxsi münasibətlərə, peşəkar karyeraya, motivasiyaya və digər sahələrə aid ən maraqlı, əhəmiyyətli, faydalı məlumatlarla yanınızda olduq.

Forumun sonuncu sayını günəbaxan bitkisinə həsr edirik. Bu ecazkar, möhtəşəm bitki haqqında 7 əsəs məlumat ilə tanış olaq:

  1. Günəbaxanlar yerində sabit dayanmayan nadir bitkilərdəndir ki, onlar günəş şüalarına xüsusi həssaslıqla yanaşaraq, səmada Günəşin hərəkətini izləməklə gün ərzində fırlanırlar. Təbiətdə bu unikal fenomen heliotropizm adlanır.
  2. Günəbaxanlar Günəşi o dərəcədə sevirlər ki, ona doğru yönəlirlər. Belə ki, bəzən günəbaxanların uzunlu yeddi metrə çatır.
  3. Kimyəvi maddələr olan torpağa günəbaxanları müvəqqəti olsa belə, əkdikdə, bu möhtəşəm bitkilər bakterial hissələr də daxil olmaqla, bütün “çirkləndirilmiş” torpağı təmizləməyə qadirdirlər.
  4. Digər bir sirr də, günəbaxanın bir çiçək deyil, disk daxilində minlərlə kiçik çiçəklərdən ibarət olmasıdır. Məhz buna görə də onların özəyi ideal spiral şəklindədir. Və hər bir belə çiçək dadlı bir tuma çevrilir.
  5. Sivilizasiyanı çörək kimi zəruri məhsulsuz təsəvvür etmək çətindir. Yeri gəlmişkən, qeyd edək ki, əcdadlarımız buğdadan daha əvvəl günəbaxan yetişdiribıər.
  6. Günəbaxanlar Rusiyaya ilk dəfə I Pyotor tərəfində bəzək gülü kimi gətirilsə də, artıq XIX əsrin sonunda bu ölkə günəbaxan yağının əsas ixracatçısına çevrilib.

Və sonuncu….

  1. Asteklər üçün günəbaxanlar müqəddəs bitki olub ki, onu Günəş tanrısına ibadət zamanı rituallarda istifadə ediblər.

 

 

 

 

 

 

 

Arzu MƏMMƏDQIZI

“GÜNƏBAXANLAR” Yay Forumunun layihə rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir