“İNFONEWS.AZ” xəbər verir.
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni strukturu və ştat cədvəli təsdiqlənib.
Bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Daha sonra məsələ səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, MSK-nın ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilərək Media və kommunikasiya şöbəsi edilib, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. Bundan əlavə, İnsan resursları sektoru yaradılıb.