Bu universitetdə Abituriyentlərə Dəstək Qrupu yaradılıb

Bu universitetdə Abituriyentlərə Dəstək Qrupu yaradılıb

Mingəçevir Dövlət Universitetində Abituriyentlərə Dəstək Qrupu yaradılıb

2022-ci ilin 16 avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçimininin başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb.

“İNFONEWS” xəbər verir ki, MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən abituriyentlər ADQ-yə müraciət edərək MDU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri və tədris proqramları, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib
məsələlər və s. haqqında ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, ADQ həftə içi hər gün saat 09:00-dan 17:00-a qədər fəaliyyət
göstərəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir