Azərbaycan kikboksçuları 3-cü qızıl medalı qazanıb
Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.
“İNFONEWS” -a Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionumuz Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.
Digər dünya çempionumuz Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.
Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) final görüşünə çıxacaq.