Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış idmançılarımız medal sıralamasında 3-cü olub.
1-ci yeri meydan sahibi Türkiyə tutub. Türklər 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Qazaxıstan 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının ümumi sıralamasında 99 medal qazanıb. 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazanmış Azərbaycan Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.