8 qızıl medallı 10 yaşlı qalib – RƏSUL ƏSƏDZADƏ

8 qızıl medallı 10 yaşlı qalib – RƏSUL ƏSƏDZADƏ

Azərbaycan Cüdo Federasiyası Sumqayıt Cüdo Klubunun təşkilatçılığı ilə “Sumqayıt gəncləri narkomaniyaya YOX deyir!!!” şüarı altında keçirilən Cüdo güləşi üzrə açıq birincilik turniri yekunlaşıb. Rəsul Rüfət oğlu Əsədzadə yeniyetmə cüdocular arasında (30 kq. çəki dərəcəsində) birinci yerə layiq görülüb.

“İNFONEWS” xəbər verir ki, Rəsul Əsədzadə Pirşağı-Kürdəxanı İdman Kərpleksinin yetirməsidir. Gənc idmançının məşqçisi beynəlxalq dərəcəli hakim Ramiz Babayevdir.

Böyük fəxarətlə qeyd edək ki, Rəsul 8 qızıl, 4 gümüş, 4 bürünc medal sahibidir.
“İNFONEWS” komandası olaraq, 10 yaşlı qalibimiz Rəsula davamlı uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir