“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras Belçikanın URSL komandasına keçib.
“İNFONEWS” klubun rəsmi saytına istinadən xəbər verir ki, I Divizion təmsilçisi 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
Mərakeş əsilli belçikalı oyunçu bir müddət öncə “Turan Tovuz”un düşərgəsində baxışda olub. Lakin Tovuz klubu məşqdə zədə alan təcrübəli oyunçudan imtina edib.
Qeyd edək ki, Faysal Rerras “Qarabağ”ın formasını 2019/2020 mövsümündə geyinib.