Papiros çəkib, pivə içən – DÖYÜŞÇÜ AYI MİŞKA VOYTEK

Papiros çəkib, pivə içən – DÖYÜŞÇÜ AYI MİŞKA VOYTEK

Müharibələr dəhşət, ölüm, zəfər, məğlubiyyət sayıldığı qədər, həm də maraqlı hadisələr, unudulmaz xatirələr, qeyri-adi məqamlarla zəngindir ki, bu da hər zaman öyrənilir, nəsillərdən-nəsillərə ötürülür, həmişə də diqqət çəkir.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, bu tarixi fotodakı ayının adı Mişka Voytek olub. Polyakların bu ayını İkinci Dünya Müharibəsində İrandan gətirdikləri söylənilir. Ayı Polşa ordusu əsgərləri ilə birgə, çiyin-çiyinə müharibənin sonunadək döyüşlərdə iştirak edib.

Belə ki, Mişka-Voytek döyüşlər zamanı Polşa topçularına yardım etmiş, ağır hərbi  sursatlar olan qutuları daşımağa, boşaltmağa köməklik döstərmiş və hətta döyüş gedə-gedə meydana mərmiləri gətirirmiş. Polyaklar və ingilislər bu nəhəng igidi çox yaxşı tanıyırlarmış.

Müharibənin ağır illərində bəlkə də əsgərlərın yeganə əyləncəsinə, sevimlisinə çevrilmiş Mişka-Voytek pivə içməyi və siqaret çəkməyi bacarırmış. Şahidlərin xatirələrinə görə, bunları ayıya əsgərlər öyrədiblərmiş, ayı xüsusilə, papiros çəkməyi sevər, bu zaman əhval-ruhiyyəsi yüksələrmiş.

Döyüşçü ayı Voytek Polşa ordusu ilə birlikdə bütün müharibəni keçmiş və 1945-ci ildə ordudan “tərxis olunmuşdur”.

Daha sonralar ayı Böyük Britaniya gətirilmiş və məşhur Edinburq zooparkında saxlanılmışdır.

Qeyd edək ki, ayı Voytek 1963-cü ildə 22 yaşında dünyasını dəyişib. Onun hündürlüyü 180 sm — dən, çəkisi isə 250 kq-dan çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir