Ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib.
“İNFONEWS” məlumatına görə, bu ada İspaniya “Real Madrid”inə rəhbərlik edən Karlo Ançelotti layiq görülüb. İtaliyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.
O, səsvermədə İngiltərənin “Mançester Siti” klubundakı həmkarı Xosep Qvardiola və “Liverpul”un sükanı arxasında olan Yurgen Kloppu qabaqlayıb.
Mövsümün ən yaxşı qadın məşqçisi isə İngiltərə yığmasına başçılıq edən Sarina Viqman seçilib.