Bu istirahət mərkəzi barəsində ciddi tədbir görüldü
Bir neçə gün əvvəl redaksiyamıza Sumqayıt şəhəri ərazisində Novxanı çimərliyində dənizin sahilində fəaliyyət göstərən Katamaran İstirahət Mərkəzində obyektdən atılan çirkab suyun dənizə axıdıldığını əks etdirən videogörüntü daxil olmuşdu.
Bizdə “İNFONEWS” olaraq daxil olmuş videogörüntülər əsasında dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik.
Çox keçmədən sözügedən qurum müraciətimizə operativ şəkildə cavab verdi.
Belə ki, qurumdan verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Novxanı çimərliyi ərazisində dənizin sahilində fəaliyyət göstərən “Katamaran” İstirahət Mərkəzində formalaşan tulantı sularının dənizə axıdılması faktı aşkar edilib.
Bunu “İNFONEWS”-a xidmət rəsmisi Fərid Piriyev bildirib.
O, qeyd edib ki, araşdırma zamanı sözügedən istirahət mərkəzinə məxsus şanboda nasazlıq baş verdiyindən tullantı sularının birbaşa dənizə axıdılması müəyyən edilib.
“Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən istirahət mərkəzinin sahibi Rauf Allahverdiyev barəsində qanunamüvafiq tədbir görülüb”.