FHN və DİN-ə yeni səlahiyyət verilib

FHN və DİN-ə yeni səlahiyyət verilib

Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib.

“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsində (Əkin yerinin yandırılması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxacaq.

FƏRMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir