“İNFONEWS” xəbər verir.
Pandemiya dövründə avtomobil və elektron avadanlıqlar istehsal edib satan alman xalqının sərvəti 7,1 trilyon yevroya yüksəldi. Bu keçən ilə nisbətdə 16,3 faiz daha çox qənaət deməkdir. Almanların pul yığmaq səbəbi isə işsizliklə və gələcəklə bağlı təlaşlarıdır. Pulların çoxusu da faiz verilməməsinə rəğmən banklardadır.
Bu qənaəti rəqəmlərlə ifadə etsək, 2020-ci il 2019-cu ilə görə 108 milyard yevro daha çoxdur.
Qeyd edək ki, Almaniyada əmlaka olan maraq da artmağa davam edir. Sərmayəçilərin həddən artıq marağı sayəsində Frankfurt, Münix, Düseldorf, Hamburq, Berlin kimi şəhərlərdə əmlak qiymətləri sürətlə artır.