Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı
5 sentyabr saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılıb.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.