Rezidentura üçün qeydiyyat prosesinə başlanılır

Rezidentura üçün qeydiyyat prosesinə başlanılır

6 sentyabr saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olanlar  üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, rezidenturaya qəbul olan şəxslər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 

Elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir