“İNFONEWS.AZ” xəbər verir.
Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Ruanda Respublikasının müdafiə naziri general-mayor Murasira Albert ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.