Sertifikasiyanın müsahibə mərhələsində uğur qazanmayan müəllimlər işdən çıxarılacaq
Müəllim sertifikasiyanın ikinci mərhələsində uğur qazanmasa və ya üzrsüz səbəbdən iştirak etməzsə, əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq.
“İNFONEWS” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır, artıq müsahibə komissiyaları yaradılıb.
Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formatda olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin
– deyə Nazir əlavə edib.
Emin Əmrullayev imtahanda bəzi müəllimlərin sözləri səhv yazması məsələsinə də aydınlıq gətirib:
Bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub.
Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminə ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyacanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir”,
– deyə Nazir qeyd edib.