Elnur Əliyev: “1500-dən çox bağçada monitorinq aparılıb”
İndiyədək 1500-dən çox bağçada monitorinq aparılıb. Bu zaman problemlərə də rast gəlinib. Məsələn, elə hallar olub ki, uşaq bağçada olmayıb, lakin həmin bağçanın siyahısında olub. Hazırda vahid məlumat bazası formalaşdırılıb.
“İNFONEWS” xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev söyləyib.
Elm və Təhsil Nazirliyinin keçirdiyi ikigünlük təlim-seminar Azərbaycan-Fransız Universitetində təşkil edilib.