Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 sentyabr 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən (DİM) “İNFONEWS”-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). 

İmtahana qeydiyyat 2022-ci il avqustun 11-dən 9 sentyabr saat 14.00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir