İran Fransaya “boş cəfəngiyatla” məşğul olmamağı məsləhət görüb

“İNFONEWS” “Reuters” -in məlumatına istinadən xəbər verir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rəsmi Parisin Tehranın nüvə silahlarını inkişaf etdirmə mərhələsində olması iddialarını rədd edərək bunu “boş cəfəngiyat” adlandırıb.

Fransa XİN-in rəhbəri Jan-İv Le Drian “Bazar günü qəzeti”nə (Journal du Dimanche) verdiyi müsahibəsində İranın nüvə potensialını artırdığını və Tehranla Vaşinqtonun təcili olaraq nüvə mövzusunda Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tam icrasına qayıtmalı olduqlarını bildirib.

Buna cavab olaraq isə Zərif öz Twitter hesabında “Hörmətli həmkarım! Siz Nazirlər Kabinetindəki karyeranıza Səudiyyədən olan müharibə cinayətkarlarına silah satmaqla başlamısınız. İranla əlaqəli boş cəfəngiyatdan əl çəkin”, – yazıb.

Qeyd edək ki, Makron hökumətinin Səudiyyə Ərəbistanının Yəməndəki fəaliyyətinə dəstək olması və ən böyük ərəb monarxiyasına silah satması bir sıra ölkələrin, eləcə də insan haqları təşkilatlarının sərt tənqidinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir