Dövlət Vergi Xidməti: Geri qaytarılan ƏDV necə hesablanır?

Dövlət Vergi Xidməti: Geri qaytarılan ƏDV necə hesablanır?

Mağazada çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabinet açarkən yaratdığı virtual “pul qabı”na yerləşdirilir.

“İNFONEWS” Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Prezidentin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”na əsasən, əlavə dəyər vergisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur. Belə ki, məhsulun dəyəri 100 manatdırsa, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır.

Ümumilikdə isə qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə də hesablamaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir