TDT Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib

TDT Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib

Türk Dövlətləri Təşkilatı Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib.

İNFONEWS təşkilatın saytına istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibinin Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

Baş katib bununla bağlı ciddi narahatlığını ifadə edir, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Təşkilat beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin vacibliyini xatırladır.

TDT Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır.

Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir