Ərdoğan: “Ermənistanın etdikləri qəbuledilməzdir”

Ərdoğan: “Ermənistanın etdikləri qəbuledilməzdir”

“Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir”.

İNFONEWS xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – Ərdoğan bildirib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir