Bu gün 152 minə yaxın şagird I sinfə gedir
2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir:
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ilk dərsi “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.