Sentyabr ayı üzrə bütün pensiyalar tam ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə “İNFONEWS”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.