Qırğızıstan: Tacikistanla sərhəddə döyüşlərdə 24 nəfər ölüb
Qırğızıstan bildirib ki, Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda 24 nəfər ölüb.
İNFONEWS-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub”, – məlumatda deyilir.
Nazirlikdən verilən xəbərə görə, 12 meyit Batken Regional Birləşmiş Xəstəxanasında, 10 nəfər Leylek Ümumi Tibb Təcrübə Mərkəzində, 2 nəfər isə Kulundu Ümumi Tibb Təcrübə Mərkəzində qəbul edilib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır