“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.
“İNFONEWS.AZ”ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna “Vulverhempton”u 3:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.
Belçikalı oyunçu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada assistlərin sayını 92-yə yüksəldib.
Stiven Cerrard 504, Kevin de Brüyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.
Qeyd edək ki, Kevin de Brüyne 2015-ci ildən “şəhərlilər”in formasını geyinir.