Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb.

İNFONEWS xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib.

Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir