Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova “İNFONEWS”-a bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb.
“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”.

G.Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir