Könüllülərin dəstəyi ilə növbəti maarifləndirmə aksiyası təşkil edilib
Avropa Mobillik Həftəsi çərçivəsində şəhər mobilliyi və yol hərəkətinin təhlükəsizliyi istiqamətində Bakı Nəqliyyat Agentliyi Dövlət Yol Polisinin əməkdaşları və könüllülərin dəstəyi ilə maarifləndirmə aksiyası təşkil edib.
Bu barədə “İNFONEWS”-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Sən də rahat hərəkət et!” devizi altında paytaxtın bir sıra küçə və prospektlərində könüllülər müxtəlif sloqanlar vasitəsi ilə sürücüləri və piyadaları təhlükəsizlik qaydalarına riayət etməyə, piyada hərəkətə, ictimai və digər ekoloji təmiz alternativ nəqliyyat vasitələrindən istifadə etməyə dəvət ediblər.