Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər  https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir