Xəzər Gənclər Evində “Tariximizin Şanlı Səhifəsi” adlı Anım tədbiri keçirilib-FOTOLAR
İNFONEWS xəbər verir ki, Tədbir İkinci Qarabağ müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuşdur. Aparıcı Zəkiyyə Məmmədova tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə start vermişdir. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Millət vəkili Ceyhun Məmmədov, Elman Məmmədov-Şəhid İman və Bəhram qardaşlarının atası, Jalə Həsənli-Jurnalist, Ceyhun Ağayev-“Varis” İB sədri, Vüsalə Əmiraslanova Psixoloq, İlyas Hüseynov-Politoloq, Elvin Mahmudzadə-AVP Sədri, Elvin Nasir-İfaçı, Mirələm Mirələmov-İfaçı , Vətən müharibəsi iştirakçıları, Şəhid ailələri və Şəhid övladları iştirak etmiş, şəhid Bəhrəm və İmran qardaşlarına həsr edilmiş video təqdim edilmişdir. Bu günki tədbirimizdə Respublikanın müxtəlif bölgələrindən Şəhid ailələri və Qazilər , həmçinin Naxçıvandan Şəhid Məmmədzadə Pərvizin anası Pərvanə Anada iştirak etmişdir. Tədbirdə iştirak edən qonaqlar vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirmişdirlər. Sənan Hacıyev Şəhid Analarına həsr olunmuş şeir səsləndirmiş , Səma Quliyeva çıxış etmişdir. Digər çıxışlarda şəhidlik zirvəsinə yüksələn vətən oğullarının xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Tədbir təşkilatçıları Sövdum Cahangirzadəyə , Mahmud Məmmədova, Gülçöhrə Mansırovaya xüsusi təşəkkürlərimizi bildiririk.
Fariz Faqioğlu